XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2017 - 19:27

Xələf XələfovPolşaya gedib

İyunun 5-6-da xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə ölkəmizin iqtisadiyyat, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi, kənd təsərrüfatı və dəmir yolu sahələri üzrə səlahiyyətli dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Polşada səfərdə olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, səfər zamanı X.Xələfovun Polşa Prezidenti Administrasiyasının dövlət katibi, Prezident kabinetinin rəhbəri Kşıştof Şçerski və xarici işlər nazirinin müavini Bartoş Çıxotski ilə görüşləri olub. Görüşlərdə ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda, nümayəndə heyəti üzvlərinin Polşanın müvafiq qurumlarında görüşləri keçirilib.

Görüşlərdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da iştirak edib.