XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

08 İyun 2017 - 14:23

YAP Nərimanov rayon təşkilatında konfrans –Yeni sədr, müavinlər və İH üzvləri seçilib + FOTO

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının X konfransı keçirilib.

Partiyanın rayon təşkilatından Strateq.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, millət vəkilləri, YAP rayon təşkilatı və Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar və fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri, Təmraz Tağıyev gündəliyə uyğun olaraq IX konfransdan ötən dövr ərzində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.

Rəsmi çıxışlardan sonra təşkilati işlərə baxılmış, rayon təşkilatının sədri, sədr müavinləri, idarə heyəti və şura üzvləri müəyyənləşib. Təmraz Tağıyev yenidən YAP rayon Təşkilatının sədri seçilib.

Sonda Yeni Azərbaycan Partıyası tərəfindəm keçirilən tədbirlərdə yaxından iştirak etdiyinə və Nərimanov rayonunun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərə görə bir qrup partiya fəalı Fəxri fərman və hədiyyələrlə təltif olunub.