XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 İyun 2017 - 14:46

Azay Quliyev Türkiyə parlamentinin spikeri və hökumət üzvləri ilə görüşüb –FOTO

ATƏT Parlament Assambleyasının xüsusi missiyası Türkiyədə səfərdədir. Nümayəndə heyəti iyunun 7-də Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bekir Bozdağla görüş keçiriblər.

Bu haqda ATƏT PA-nın rəsmi facebook səhifəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, ATƏT PA-nın vitse-prezidentləri Azay Quliyev və George Seretelinin iştirak etdiyi görüşlərdə Türkiyədə mövcud ictimai-siyasi vəziyyət, qurumun nümayəndə heyətinin ötən ilin avqustunda Ankarada Prezident Rəcəb Tayyib Ərdoğan, Baş Nazir Binəli Yıldırımla keçirilən görüşlərin nəticələri, insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülən işlər, ATƏT PA ilə Türkiyə arasında dialoq və əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub.

Türkiyə rəsmiləri Türkiyənin DEAŞ, PKK və FETÖ terror təşkilatları ilə üz üzə qaldığı, 3 milyon suriyalı miqranta ev sahibliyi etdiyi və bütün bu problemlərin Türkiyə üçün yaratdığı çətinlikləri qeyd ediblər. Keçən ilin iyulunda çevriliş cəhdindən sonra fövqəladə vəziyyətin tətbiqinə qərar verildiyi bildirilib.

Bu gün ATƏT Parlament Assambleyasının xüsusi missiyasının CHP lideri Kamal Kılıçdaroğlu, MHP, HDP liderləri və digər rəsmi şəxslərlə görüşü baş tutacaq.