XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

09 İyun 2017 - 12:31

Pənah Hüseyn:“AXC hakimiyyəti dövründə Natiq Əliyev Neft Şirkətinin rəhbəri postuna namizəd idi”

Sabiq baş nazir bu gün Türkiyədə vəfat edən energetika naziri Natiq Əliyev haqqında danışıb.

Yenicag.Az-a açıqlama verən keçmiş baş nazir Pənah Hüseyn sıx təmasları olmasa da, Natiq Əliyevi neft sahəsi üzrə təcrübəli mütəxəssis kimi dəyərləndirib: “Allah rəhmət eləsin. Cəbhə hakimiyyəti dövründə Natiq Əliyevlə işlə bağlı bilavasitə ünsiyyətim olmayıb. Xatırlayıram ki, o vaxt Neft Şirkətinə rəhbər təyinatı məsələsində onun da adı çəkilirdi. Sözün doğrusu onunla bağlı xatırladığım başqa bir nüans yoxdur.

Çünki baş nazir olduğum müddətdə Neft Şirkətinin işi ilə əlaqədar müzakirələrimiz əsasən, Sabit Bağırovla aparılırdı. Bir neçə dəfə də Valeh Ələsgərovla ünsiyyətimiz olub.

Açığı, bir yerdə işləmədiyimizdən, Natiq Əliyevi bir kadr kimi dəyərləndirməyə çətinlik çəkirəm, yaxşı, ya da pis nəsə deyə bilmirəm. Hər halda, o dövrdə Azərbaycanda neft sahəsi üzrə hazırlıqlı mütəxəssislər sırasında onun da adının hallanması təsadüfi deyildi”.