XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

09 İyun 2017 - 14:44

Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi bəyanat verdi:“Diqqət həll yollarının axtarışına yönəlməlidir”

ATƏT quruma üzv olan dövlətlərin ərazisindəki münaqişələrin həlli üzrə danışıqlara diqqətini artırmalıdır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, ATƏT təkcə eskalasiyaların qarşısının alınması ilə məşğul olmamalıdır.

Bəyanatda deyilir: “Əsas məqsədinə və mövcud münaqişələin həlli üzrə dəqiq mandatına uyğun olaraq, ATƏT və onun strukturları təkcə münaqişə vəziyyətlərinin qarşısının alınmasına diqqət ayırmamalı, həm də mövcud formatdan və vasitələrdən istifadə edərək problemlərin qısa zamanda nizamlanmasına gətirib çıxara biləcək həll yollarının axtarışına diqqət yönəltməlidir”.