XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2017 - 19:57

Milli Məclisin deputatlarıBuxarestə gedir

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və deputat Sahibə Qafarova “Qadınlara və qızlara qarşı zorakılığa son qoyulması naminə qanunların işlənməsinin təşviqi” mövzusunda Mərkəzi və Şərqi Avropa Regional Konfransında iştirak etmək üçün iyunun 11-də Rumıniyanın paytaxtı Buxarestə səfər edəcəklər.

Parlamentin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, yığıncaqda qadınlara qarşı və məişət zorakılığının qarşısının alınması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, gender bərabərliyinin təmin olunması, qadınların ictimai həyatda rolunun artırılması, bununla bağlı maarifləndirmə işinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılacaq.

Deputatlar ölkəmizdə qadın hüquqlarının qorunması sahəsində qəbul olunan qanunlar, onlara göstərilən dövlət qayğısı barədə məlumat verəcəklər.