Milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev bir neçə gün əvvəl ölkədə yaranmış internet probleminə münasibət bildirib. M.Quliyev hadisədə terror ehtimalının olub-olmadığına aydınlıq gətirib.
“”Delta Telecom”da qısa qapanmadan yanğın olub, orada məsələni Fövqəladə Hallar Nazirliyi araşdırır. Hadisənin hər hansı aksiya və terror aktı olması ilə bağlı hələlik məlumat yoxdur” – deyə, M.Quliyev bildirib(Trend).