XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 İyun 2017 - 10:40

Asiya nəhənginin lideri Si Szinpin Qazaxıstan haqda məqalə yazdı:“Birlikdə yenidən yola çıxacağıq...”

ÇXR sədri Si Szinpin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Pekində

 

ÇXR sədri Si Szinpin Qazaxıstana dövlət səfəri ərəfəsində “Казахстанская правдаqəzetində “Çin-Qazaxıstan münasibətləri arzu qanadlarında pərvazlanır” başlıqlı müəllif məqaləsi dərc etdirib. Məqaləni qısa ixtisarla Strateq.az oxucularına təqdim edirik.

***

Yayın lap oğlan çağında – bu iyun günlərində torpaqda hər şey çiçək açır. Mən belə bir gözəl çağda Prezident Nursultan Nazarbayevin dəvəti ilə Qazaxıstana üçüncü dəfə səfər edirəm və səfərin gedişində Astanada ŞƏT sammiti və EKSPO-2017-nin açılış mərasiminə qatılacağam. Qazaxıstan çöllərinin əzəməti, çağlayan çaylar, yenilənən tikintilər, xeyirxah və qonaqsevər xalq – bütün bunlar məndə dərin təəsürat doğurur. Tezliklə bu möcüzəli torpağa qədəm qoyacağam, qəlbimdə böyük gözləntilər, hətta həyəcan var.

Car ildə ÇXR və QR arasında diplomatik münasibət qurulmasının 25 ili tamam olur. Çin-Qazaxıstan münasibətləri əsrin dörddə biri ərzində zamanın sınağı və beynəlxalq durumların tufanından keçib. İkitərəflli münasibətlərimiz xeyirxah qonşuluq və dostluqdan, sonra hərtərəfli strateji əməkdaşlıq və ümumi maraqlarımızın birliyi və vahid tale yaratmağa qədər öncül templərlə inkişaf etməyə başlayıb və bütün tarixi boyunca ən yüksək səviyyəyə qalxıb.

Çinlə Qazaxıstan arasında qarşılıqlı siyasi etibar gündən-günə möhkəmlənir. Hər iki ölkə müstəqillik, suverenlik, ərazi bütövlüyü və bir-birinin seçdiyi inkişaf yoluna hörmət edir, əsas məsələlərdə qarşılıqlı dəstək verir, beynəlxalq və bölgəsəl məsələlərdə sıx koordinasiya həyata keçirir.

Ölkələrimiz arasındakı əməli əməkdaşlıq durmadan dərinləşir. Çin Qazaxıstanın ən başlıca ticarət və yatırım tərəfdaşlarından biridir. Çinin Qazaxıstan iqtisadiyyatına ümumi yatırım həcmi 42,8 milyard dolları keçib, kreditləşmə isə ümumilikdə 50 milyard dollardan çoxdur. 2017-ci ilin yanvar-aprelində mal dövriyyəsi 45,6% çoxalıb. Qazaxıstanın Çinə ixracat həcmi artır. Çində sadə ailələrin masasına Qazaxıstan unu, bitki yağı, paxla, ət məhsulları və balı təqdim olunur. Tərəflər istehsalat gücü sahəsində 51 əməkdaşlıq layihəsi müəyyən edib ki, bu da Qazaxıstanın xeyli sənayeləşdirilməsi və ölkədə yeni iş yerləri yaratmağa təklif olunub.

Çin-Qazaxıstan neft kəməri ilə artıq 100 milyon ton neft Çinə tədarük olunub, Çin-Qazaxıstan qaz kəməri vasitəsilə tədarük isə 183 milyard kubmetr təşkil edir. Atom, külək energetikaları və fotoelektrik kimi yeni enerji qaynaqları üzrə əməkdaşlıq fəal şəkildə öyrənilir. İki ölkə arasında həftədə 50-dən çox müntəzəm aviareys açılıb. 2016-cı ildə Qazaxıstandan tranzitlə 1200-dən çox Çin-Avropa yük qatarı keçib, dəmiryol daşımalarının həcmi 8,2 milyon tona çatıb, konteyner yükləri 3 dəfədən çox artıb. Bu ilin fevralında Çin ərazisindən keçməklə Qazaxıstandan Cənub-Şərq Asiyaya ilk dəfə buğda tədarükü həyata keçirilib.

Mədəni-humanitar təmaslar fəallaşır. 2016-cı ild qarşılıqlı səfərlərin sayı 500 minə yetib, 14 min qazaxıstanlı tələbə Çində təhsil alır. Qazaxıstanda 7 Konfutsi institutu və 7 Konfutsi sinfi açılıb. Çin ali təhsil məktəblərində isə 4 Qazaxıstan mərkəzi işləyir. Qazaxıstan müğənnisi Dimaş Çində böyük populyarlıq qazanmağa müvəffəq olub. Həmçinin milyonlarla qazaxstanlı ailəsi “Çin dilmin ucundadır”, “Səyyah ailə” və Çinin digər görkəmli teleseriallarına baxıb.

2013-cü ildə Qazaxıstana ilk səfərim zamanı İpək Yolu İqtisadi qurşağının inşası təşəbbüsünü irəli sürmüşəm – “Bir qurşaq və bir yol” çərçivəsində əməkdaşlıq başlanğıcını buradan götürür. “Bir qurşaq və bir yol”un inşası ötən dörd ildə artıq təşəbbüsdən işə, ideyadan praktikaya keçib. O, açıq və inklüziv əməkdaşlıq üçün platforma, beynəlxalq cəmiyyətdə geniş dəstəkdən yararlanan kürəsəl miqyaslı ictimai məhsul olub.

Hazırda beynəlxalq durum mürəkkəb və dərin dəyişikliklər yaşayır, dünya iqtisadiyyatı dərin dəyişim şəraitində süst və ləng bərpa olunur, inkişaf məsələsi isə əvvəlkitək kəskin olaraq qalır. Əlbəttə, bu kontekstdə “Bir qurşaq və bir yol”un inşası bizə görünməmiş tarixi imkanlar aça bilər. Bir ay əvvəl Pekində “Bir qurşaq və bir yol” beynəlxalq əməkdaşlıq forumu keçirilib. Foruma qatılanlar beynəlxalq əməkdaşlığı möhkəmləndirmək, inkişafın milli strategiyalarını calaşdırmaq, özəl üstünlüklərlə tamamlamaq və ümumi inkişafı irəlilətməyin gərəkdiyi haqda yaxınlaşıblar.

Mənim Qazaxıstana indiki səfərimin baş vəzifəsi prezident Nursultan Nazarbayevlə birlikdə dərin fikir mübadiləsi keçirmək və sonrakı hərtərəfli strateji tərəfdaşlığın irəliləmə istiqamətini və Çinlə Qazaxıstan arasında çoxyönlü əməkdaşlığın artım dinamikasını cızmaqdır. Səmimiyyətlə ümid edirik ki, Çin və Qazaxıstanın birgə inkişaf və çiçəklənmə yolu daha geniş və rəvan olacaq.

Bir qurşaq və bir yol”un birgə inşası üzrə əməkdaşlığı irəlilətmək, inikşaf strategiyalarının calaşmasını sürətləndirmək, “Bir qurşaq və bir yol” beynəlxalq əməkdaşlıq forumunun yekunlarını ümumi səylərlə gerçəkləşdirmək lazımdır. Buraxılış-nəzarət məntəqəsi xətti üzrə və nəqliyyat, logistika sahələrində kooperasiyanın potensialını açmaq, qitələrarası yeni Avrasiya körpüsü, Çin-Mərkəzi Asiya-Yaxın Şərq iqtisadi dəhlizi və Qərbi Çin-Qərbi Avropa beynəlxalq nəqliyyat dəhlizinin inşasını sürətləndirmək, infrastrukturun kompleks qarşılıqlı bağlılığına və ticarətin asanlaşmasına şərait yaratmaq, yatırım və maliyyələşdirmənin daha çevik və effektli modelini axtarmaq, Çin və Qazaxıstanın birgə layihələrinə dəstək üçün milli valyutalarda qarşılıqlı hesablaşmanı genişləndirmək lazımdır.

…Səfərimin gedişindəki daha bir mühüm tədbir ŞƏT sammitinə qatılmaqdır. Cari il ŞƏT Xartiyası imzalanmasının 15-ci ildönümü və ŞƏT-ə üzv dövlətlərin uzunmüddətli xeyirxah qonşuluq, dostluq və əməkdaşlıq haqda Müqavilənin imzalanması ilə əlamətdardır. Üzv dövlətlər bu təməl sənədlərdə təsbit edilmiş hədəf və prinsipləri uzun illər boyu əsas tutmaqla “Şanxay ruhu”nu qoruyur və inkişaf etdirir. Qarşılıqlı inam, qarşılıqlı mənfəət, bərbabər hüquq, məsləhətləşmə, mədəniyyətlərin rəngarəngliyinə sayğı və birgə inkişafa cəhdlər qarşılıqlı inamı möhkmələndirir, bütün sahələrdə əməli əməkdaşlığı addımbaaddım irəlilədir və bununla da bölgədə sabitlik və inkişafa sanballı töfhə verir.

ŞƏT-də təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətə özəl önəm verirlər. Üç şər qüvvə – narkotiklər, mütəşəkkil transsərhəd cinayətkarlığı ilə mübarizədə əməkdaşlıq mexanizmi yaradılıb, müntəzm şəkildə birgə antiterror təlimləri keçirilir, qaynar nöqtələrin tənzimlənməsi üçün fəal səylər göstərilir. Bu da bölgədə təhlükəsizlik və sabitliyi effektli şəkildə qorumaq imkan verib.

ŞƏT-də çoxtərəfli ticari-iqtisadi əməkdaşlıq Proqramı, 2025-ci ilədək inkişaf Strategiyası kimi sənədlər imzalanb və ciddi gerçəkləşdirilir, ticarət, yatırım, nəqliyyat və kommunikasiya, energetika, maliyyə və kənd təsərrüfatı sahələrində əməkdaşlıq dayanıqlı irəliləyir, mədəniyyət, təhsil, gənclik, səhiyyə, elm və texnika, ətraf mühitin qorunması və idman sahələrində mübadilə durmadan dərinləşir. Şübhəsiz, bütün bunlar üzv dövlətlərin sosial-iqtisadi inkişafı üçün təkan rolnu oynayır, dostluq və əməkdaşlığa səbəb olur.

ŞƏT-in inkişafında Qazaxıstanın indiki sədrliyinin böyük töfhəsini qeyd edirəm. Gözlənilir ki, üzv dövlətlərin başçıları qarşıdakı Astana sammitində çoxplanlı əməkdaşlığın dərinləşməsi üzrə olduqca mühüm qərarlar qəbul edəcək və təşkilatın genişlənməsində ilk raunda nöqtə qoyacaqlar. Bu isə onun sonrakı inkişafı üçün etibarlı təməl qoyacaq. Çin Astana sammitindən sonra ŞƏT sədrliyi estafetini qəbul edəcək, Qazaxıstan və başqa dövlətlərlə birlikdə yenidən yola çıxacaq, bölgə xalqlarının rifahı üçün ŞƏT-in yeni inkişafına nail olacaq…

Qazaxıstan hazırda Üçüncü modernləşməyə yönəlməklə “Nurlı jol” yeni iqtisadi siyasəti, “Qazaxıstan-2050” strategiyası, həmçinin ictimai şüurun modernləşdirilməsini müntəzəm şəkildə irəlilədir. Qazaxıstan xalqı yeddimillik addımlarla millətin dirçəldilməsi və ölkənin çiçəklənməsi haqda Qazaxıstan arzusunun gerçəkləşdirilməsi kimi böyük məqsəd yolu üzrə irəli gedir.     

 

Tərcümə Strateq.az-ındır.