XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 İyun 2017 - 12:34

YAP-çı deputat  Leyla Əliyevanın Milli Məclisə seçilməsini təklif etdi:“Gəncliyə böyük töhfə olar”

“Mən hesab edirəm ki, Leyla xanım Əliyevanın Milli Məclisdə təmsil olunması ilk növbədə Azərbaycan gəncliyinə verilən böyük etimad və töhfə olar”.

Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı "Ölkə.Az"-a müsahibəsində deyib.

Deputatın sözlərinə görə, bu gün kifayət qədər Azərbaycan gəncləri parlamentdə və digər vəzifələrdə təmsil olunurlar. Çünki Azərbaycan dövlətinin və xalqının öz gənclərinə böyük inamı və güvəni var: “Ötən il Azərbaycanda keçirilən referendumda da xalqın səs çoxluğu ilə parlamentdə təmsil olunmaq üçün yaş fərqini 18 yaş etmişik. Bu il isə qardaş Türkiyədə keçirilən referendumda yaş fərqi 18-ə endirilib. Bu təcrübə bir çox demokratik ölkələrdə var. Çox sevinirəm ki, bu addım Türkiyə və Azərbaycanda eyni vaxtda reallaşıb. Bütün bunlar bir növ potensiallı gənclərə meydan verməkdir”.

Onun sözlərinə görə, bu gün sosial şəbəkələr, internet əsridir. Belə bir dövrdə nə qədər gənclərin təmsil olunmasına diqqət etmək lazımdır. Bizim ulu babalarımız da öz bacarıqları ilə böyük işlər görüblər. Sultan Fateh 21 yaşında Konstantinopolu fəth edib. Eləcə də Uzun Həsən, Şah İsmayıl Xətai və digər tarixi şəxsiyyətlərimiz buna nail olublar: “Leyla xanım Əliyeva da Azərbaycan dövləti və xalqı üçün böyük və əvəzsiz işlər görüb. Onun müsbət və uğurlu fəaliyyəti bu gün də davam edir. Hesab edirəm ki, Leyla Əliyevanın Milli Məclisdə təmsil olunması parlamentin fəaliyyəti və gənclər üçün müsbət töhfələr verər. Şübhəsiz ki, onun gördüyü işlər Leyla Əliyevanın Milli Məclisdə təmsil olunmasına layiq olduğunu bir daha sübut edir”.