XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

12 İyun 2017 - 14:16

Nazir:"Ümid edirik ki, Qarabağ münaqişəsi BMT qətnamələri əsasında həll olunacaq"

"Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi BMT-nin qətnamələri əsasında həll olunacaq".

APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov   Estoniyanın xarici işlər naziri Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O, münaqişə və danışıqlar prosesi barədə eston həmkarına məlumat verdiyini bildirib: "BMT qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu sənədlərdə göstərilən suverenlik məsələsi bizim ortaq marağımızdır. Bütün münaqişələr beynəlxalq norma və prinsiplər əsasında həll olmalı, BMT üzvü olan bütün ölkələr bunlara əməl etməlidir", – deyə E. Məmmədyarov vurğulayıb.