XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

13 İyun 2017 - 13:07

Bakıda 26 Bakı komissarının adını daşıyan küçə var –Şaumyanın rəhbəri olduğu bu qrupun adı niyə saxlanılır? – FOTOLAR

Bakının Sabunçu qəsəbəsində bir küçə  26 Bakı Komissarının adını daşıyır.

Strateq.az bildirir ki, bu qəribə faktı “Kaspi” qəzetinin əməkdaşı, jurnalist Azər Nuriyev müəyyən edib.

 Belə ki, jurnalist Sabunçu qəsəbəsində yaşayan qohumlarının evinə gedərkən küçənin Bakı komissarlarının adına olduğunu bilib: “1918-ci ildə on minlərlə soydaşımızı qanına qəltan edən erməni və bolşevik cəlladlarının cəm olduğu 26 Bakı komissarının xatirəsi qəsəbədə əbədiləşdirilib. 2017-ci ildə 26 Bakı komissarının adını daşıyan küçənin hələ də mövcud olduğunu kimə desən, bəlkə də inanmaz. Baxmayaraq ki, şəhərdə Bakı komissarlarına aid bütün abidələr və adlar götürülüb, burada onların adını daşıyan küçə hələ də qalır.

Jurnalist qeyd edib ki, ilk əvvəl bu löhvənin yaddan çıxıb qaldığını düşünüb. Lakin yolboyu bu adın vurulduğu lövhələri görüncə təccüblənib:

Dedim bəlkə, bu lövhə bir yerdədir, o da yaddan çıxıb qalıb. Lakin küçə boyu addımladıqca, hər tindən "26-lar” sözü ilə xeyli ünvanın rast gəldim. Özü də latın qrafikası və yeni ştampda. Və yarı yolda düşüb, həmin ərazidən yaşayan insanların mövqeyinin öyrənmək marağı mənə üstün gəldi. Lövhəni qoparmaq istəsəm də, sakinlər dedilər ki, əbəs yerə cəhd etmə. Dəfələrlə sökülsə də, yenisini yapışdırıblar. Söhbət etdiyim gənclərin əksəriyyəti bunu vaxtilə qətlə yetirilən soydaşlarımızın xatirəsi üçün təhqir hesab etdiklərini bildirdilər. Küçənin sakinləri həmin adın keçmiş sovet vaxtından qaldığını deyirlər. Sakinlərin sözlərinə görə, küçəyə tarixi şəxsiyyətlərimiz, şəhidlərimizin adı verilsə, onlar üçün qürur və şərəf olar.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən bildirdilər ki, sözügedən küçə və bir neçə digərlərinin adlarının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə (NK) müraciət edilib: "Həmin küçənin də adı dəyişdiriləsi adlar siyahısındadır. Nazirlər Kabinetinin müvafiq qərarından sonra küçənin adı dəyişdiriləcək".

Bununla bağlı jurnalist NK ilə əlaqə saxlayıb. Lakin NK-dən mətbuat xidmətinin rəhbəri Akif Əli bildirub ki, rayon İH-i səhv edir: “Hətta Akif müəllim məsələni NK-nin bir neçə əlaqədar şöbəsi ilə də dəqiqləşdirdi. Cavab da belə oldu ki, bu, birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir”.

BŞİH-in mətbuat xidmətinə etdiyimiz telefon zənglərinə isə cavab verən tapılmayıb.