Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Partiyadan Strateq.az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub.
İclasın gündəliyinə BAXCP-nin yeni gerbinin qəbul edilməsi ilə təklifin müzakirəsi də daxil edilib. Azərbaycan Səfəvilər Dövlətinin gerbinin əsasında BAXCP-nin yeni gerbinin hazırlanması təklifi İdarə Heyətində geniş müzakirələrə səbəb olub.
Təklif İdarə Heyətinin üzvləri tərəfindən maraqla qarşılanıb və dəstəklənib. Bununla yanaşı, BAXCP İdarə Heyəti müzakirələrin davam etdirilməsini və məsələnin Ali Məclisini müzakirəsinə təqdim olunmasını məqsədəuyğun sayıb.