XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 April 2015 - 05:46

Soros: “Avropa Ukraynaya ikinci Yunanıstan kimi yanaşır”

“Avropanın yeni soyuq müharibədən də qorxması lazım deyil”

Картинки по запросу corc soros

Amerika maliyyəçisi və milyarderi Corc Soros bildirib ki, Avropa Birliyinin 5 ildən sonra necə görünəcəyi yaxın bir neçə ayda aydınlaşacaq və bu, Ukraynadakı hadisələrin inkişafından asılıdır.

Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, milyarder deyib: “Vladimir Putin Rusiyası təcavüzkardır, müdafiə olunan Ukrayna isə AB-nin əsaslandığı prinsip və dəyərləri qoruyur”.

Sorosun fikrincə, Avropa Ukraynaya ikinci Yunanıstan kimi yanaşır, lakin bu siyasət səhvdir və acınacaqlı nəticələrə gətirib çıxaracaq: “Putin Ukraynanın bir hissəsini tutub buna görə məsuliyyəti öz üzərinə götürmək istəmədiyindən Ukraynada hərbi qələbə istəmir. O daha çox Ukraynadakı durumu sarsıdacaq maliyyə və siyasi iflasa cəhd edir”.

Nə qədər ki Avropa Yunanıstana olduğu kimi Ukraynaya yaşamağa zorla bəs edən “kiçik tikələr” atır, Putin hamını qabaqlayıb bütün üstünlüyü ələ alır və “hibrid müharibə ilə hibrid sülh arasında seçim edir”. Belə bir durumda Ukrayna və müttəfiqləri ancaq reaksiya verməyə nail olur, bu arada isə “Ukraynanın tənəzzülü daha da güclənir”, iqtisadi problemlər “artıq ölkəni uçurumun kənarına çatdırıb”.

Soros hesab edir ki, Putin məqsədinə çatacaq: “Ukraynanın müqaviməti sındırılacaq, “qaçqın seli isə Avropanı bürüyəcək. Bundan sonra qalib Putinin avropalı dostları sanksiyaların yumşalmasını təmin edəcək, lakin bu, Avropanın dünyada siyasi güc kimi sonu demək olacaq”.

Soros əmindir ki, “Belə bir kədərli sonluqdan yayınmaq üçün Rusiya ilə birbaşa hərbi münaqişəyə qatılmağa qədər yeni Ukraynaya hər cür dəstək vermək lazımdır. Avropanın yeni soyuq müharibədən də qorxması lazım deyil, Rusiya keçmiş Sovetlər Birliyi kimi onu da uduzacaq”.