XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

14 İyun 2017 - 13:35

Ziyafət Əsgərov:"Minsk qrupunun həmsədrlərinin regiona səfərindən heç nə gözləmirəm"

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərindən heç nə gözləmirəm”.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Vitse-spiker deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri məsuliyyəti öz üzərilərindən atır: “Deyirlər ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gəlsinlər, biz bunu dəstəkləyək. Ona görə də Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərindən heç nə gözləmirəm”.

Z.Əsgərov qeyd edib ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gələ bilsəydilər, ATƏT-in Minsk qrupuna ehtiyac qalmazdı: "Minsk qrupunun həmsədrləri Ermənistana işğalçı olduğunu, torpaqları azad etməli olduğunu bildirməlidir. Bunu demirlərsə, həmsədrlərdən heç nə gözləmirəm”.