XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

14 İyun 2017 - 14:07

YAP-çı deputat şəhid bulağına sayğac qoyulmasından hiddətləndi:“Azərsu"məsələni həll etməsə Artur Rəsizadəyə çıxacağam”

“Dünən mətbuatda Mingəçevir şəhərində şəhid ailələri tərəfindən qurulmuş şəhid bulaqlarına sayğac qoyulması barədə məlumat oxudum. Xəbər mənim üçün yeni idi, heç zaman bu problemlə bağlı mənə müarciət edilməmişdi”.

Strateq.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Mingəçevirdəki məsələ ilə bağlı yazıb. Deputat qeyd edib ki, məsələ ilə bağlı Mingəçevir şəhər icra hakimiyyəti ilə əlaqə saxlayıb: “Məlum oldu ki, bu "Azərsu" şirkətinin bütün su istifadəçilərinə olan tələbidir. Bü gün bayram qabağı tədbirlər günü olduğu üçün məsələnin araşdırılaması iyunun 16 – a qaldı. Bürisi gün mütləq "Azərsu"yun sədri Qorxmaq müəllim Hüseynovla danışacağam. Əgər orda məsələ həll edilməsə Baş nazir Artur müəllim Rəsizadəyə çıxacağam. Hesab edirəm ki, şəhid adları bizim üçün əzizidir və onların adlarını daşıyan bulaqlara sayğac qoyulması düzgün deyil”.