XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

14 İyun 2017 - 14:28

Putin SSRİ-nin niyə dağıldığından danışdı:“Qorbaçov və ətrafı hansı dəyişikliklərin lazım olduğunu başa düşmürdü”

“Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və onun ətrafı SSRİ-nin islahatlara möhtac olduğunu anlayırdılar. Amma bununla yanaşı onlar hansı dəyişiklilklərin lazım olduğunu və bu dəyişikliklərə necə nail olmağın yolunu bilmirdilər”.

 Strateq.az bildirir ki, Rusiya prezidenti Vladimir Putin bu sözləri ABŞ-ın məşhur kino rejissoru Oliver Stouna verdiyi müsahibəsində deyib.

“Amma bu gün mən tam əminliklə deyə bilərəm ki, onlar hansı dəyişikliklərin lazım olduğunu başa düşmürdülər. Qorbaçovun xidməti odur ki, o, islahatların  vacibliyini hiss etdi və sistemin özünü dəyişdirməyə cəhd etdi. Problem isə onda idi ki, bu cəhdlər özü-özlüylündə yarıtmaz idi”.

Putinin sözlərinə görə, o dövrün liderlərindən he kim ölkədə situasiyanı dəyişdirmək üçün nə etmək lazım olduğunu bilmirdi: “Odur ki, həmin liderlər ölkəni süquta gətirib çıxartdılar”.