XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

14 İyun 2017 - 16:44

25 il əvvəl Heydər Əliyevi Bakıya çağıran məşhur müraciəti kimlər imzalayıb? –“91-lər”in SİYAHISI  -FOTOLAR

 

İyunun 16-sı mərhum prezident Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdış günü kimi qeyd olunur. 1993-cü ildə polkovnik Sürət Hüseynovun qaldırdığı qiyam nəticəsində Azərbaycanda yaranmış hakimiyyət böhranı ölkəni çıxılmaz vəziyyətə salmışdı. AXC hökuməti siyasi böhranı tənzimləmək üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək və siyasi hakimiyyəti ona verməyi qərara aldı.

Mərhum Heydər Əliyevin tərəfdarları hələ 1992-ci ildən etibarən onu Bakıya qayıdaraq aktiv siyasi fəaliyyətə başlamağa çağırırdılar. Bütün bu müraciətlərin ən yaddaqalanı 1992-ci ilin oktyabrında 91 nəfər ziyalının imzaladığı  müraciət oldu. Həmin məktubu imzalayanlar Heydər Əliyevi tezliklə Azərbaycanda siyasi rəhbərliyə qayıtmağa və ölkəni yaranmış siyasi xaosdan çıxarmağa çağırırdılar.

Bu il məşhur “91-lər”in mərhum prezidentə  ünvanladıqları  müraciətin 25 ili tamam olur.

Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalının müraciəti zaman-zaman müzakirə mövzusu olub. Bu tərkib hakim Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunub. Mərhum eks-prezident Heydər Əliyev YAP-ın 10 illik yubileyindəki çıxışında “91-lər” barədə belə demişdi: “91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm”.

Vaxtilə müxtəlif vəzifələrdə olan “91-lər”in bir çoxu sonralar tutduqları postlardan gedib, bəziləri həbsdədirlər, bir qismi artıq dünyasını dəyişib. 

Kim idi “91-lər”?  Onların siyahısını təqdim edirik…

 

1. Ziya Bünyadov.

2. Fərəməz Maqsudov.

3. Ömər Eldarov.

4. İqrar Əliyev.

5. Kərim Kərimov.

6. Məmmədtağı Cəfərov.

7. Sabir Hacıyev.

8. Xəlil Rza Ulutürk.

9. Sirus Təbrizli.

10. Zeynəb Xanlarova.

11. Əli Ömərov.

12. Eldar İbrahimov.

13. Mixail Zabelin.

14. Əlfəddin Abdullayev.

15. Murtuz Ələsgərov.

16. Əkbər Bayramov.

17. Zahid Qaralov.

18. Həsən Quliyev.

19. Adil Qasımov.

20. Əjdər İsmayılov.

21. Fikrət İsmayılov.

22. Şahlar Əsgərov.

23. Mübariz Əhmədov.

24. Əli Nuriyev.

25. Ədalət Fərəcov.

26. Həsən Mirzəyev.

27. Zahid Xəlilov.

28. Vilayət Əliyev.

29. Abbas Səmədov.

30. Ağababa Mahmudov.

31. Şəmistan Mikayılov.

32. Səfiyar Musayev.

33. Əsədulla Qurbanov.

34. Musa İlyasov.

35. Tələt Qayıbov.

36. Məmməd Məmmədov.

37. Rafiq Əminzadə.

38. Lalə-Şövkət Hacıyeva.

39. Eldar Abbasov.

40. Əli İnsanov.

41. Fuad İsmayılov.

42. Əlişir Musayev.

43. Hüsü Kərimov.

44. Rafiq Məmmədhəsənov.

45. Məmməd Nəsirov.

46. İbrahim İsayev.

47. Faiq Səfərov.

48. Sudeyf İmamverdiyev.

49. Liliya Luqovaya.

50. Hacıbala Abutalıbov.

51. Novruz Quliyev.

52. Əmir Mərdanov.

53. Sabir Xəlilov.

54. Pənah Mahmudov.

55. İsgəndər Quliyev.

56. Zakir Sərdarov.

57. Əli Əhmədov.

58. Əli Nağıyev.

59. Maqsud Nəcəfov.

60. Heydər Hüseynov.

61. Nəbi Əsgərov.

62. Allahverdi Hacıyev.

63. Tofiq Hüseynov.

64. Məmməd Məmmədov.

65. Musa Heydərov.

66. Hacı Hacıyev.

67. Nəzir Əhmədov.

68. Allahyar Hüseynov.

69. İbrahim Əzizov.

70. Aydın Əhmədzadə.

71. Vidadi Acalov.

72. Səbir Dünyamalıyeva.

73. Georqi Savoskin.

74. Lüdviq Muradov.

75. Rəfael Allahverdiyev.

76. Asif Cahangirov.

77. Rafiq Qasımov.

78. Kərim Kərimov.

79. Munis Bayramov.

80. Möhsün Möhsünov.

81. Ağabəy Əsgərov.

82. Vüqar Rəhimzadə.

83. Rizvan Cəbiyev.

84. Ariz Abduləliyev.

85. Əziz Axundov.

86. Mirzə Əsgərov.

87. Xeyrəddin Qoca.

88. Səlahəddin Quliyev.

89. Ziya Paşa.

90. Vüqar İsmayılov.

91. Tahir Məmmədov.

 

Strateq.az