XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2017 - 17:01

 İsa Qəmbər və Arif Hacılı Baş Prokurorluğa çağrılıdılar –Əfqan Muxtarlı ilə bağlı ifadə verəcəklər

Bu gün  Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərə, Müsavat Partiyasının başqanı Arif Hacılıya və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıya Baş Prokurorluqdan çağırış vərəqələri gəlib.

Müsavatın mətbuat departamentindən “Basta”ya verilən məlumata görə, prokurorluq İsa Qəmbəri, Arif Hacılını və Gülağa Aslanlını həbsdəki jurnalist Əfqan Muxtarlının işi ilə bağlı şahid qismində istintaqa cəlb edib.

Çağırışa əsasən İsa Qəmbər iyunun 16-da saat 15:00-da, Arif Hacılı iyunun 17-də saat 14:00-da, Gülağa Aslanlı isə iyunun 20-də ifadə vermək üçün Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə getməlidirlər.

Məlumatı şərh edən vəkil Nemət Kərimli Əfqan Muxtarlının işi ilə bağlı müxalifət liderlərinin istintaqa çağırılmasını absurd adlandırıb.