XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

16 İyun 2017 - 18:36

Rasim Musabəyov:“Əfqan Muxtarlını Azərbaycanda heç kəs jurnalist kimi tanımır”

Əfqan Muxtarlının işi üzrə Avropa Parlamentinin qətnaməsi Bakı ilə Brüsselin çətinliklə bərpa olunan parlamentlərarası münasibətlərini növbəti dəfə gərginləşdirəcək”.

Milli Məclisin deputatı Rasim Musabəyov bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib:

“Avropa Parlamentindən olan həmkarlarımız növbəti dəfə tələskənlik edib, məsələnin mahiyyətini araşdırmadan guya Azərbaycanda jurnalistlərin hüquqlarının pozulması barədə heç bir məna kəsb etməyən “The case of Afgan Mukhtarli and the situation of media in Azerbaijan” adlı qətnamə qəbul ediblər. Həbs edilməsi bu qətnamə üçün bəhanə olmuş Əfqan Muxtarlını nəinki Avropada, hətta Azərbaycanda da heç kəs bir jurnalist kimi tanımır. Mən onun bircə sətir də yazısını görməmişəm, çünki belə sətirlər yoxdur”.

Deputat deyib ki, Əfqan Muxtarlının fotomüxbir kimi də haçansa yalnız adı olub: “Əfqan Muxtarlının Tbilisidə guya beynəlxalq hüquq normaları pozulmaqla oğurlanması barədə yalnız qalmaqallarda maraqları olan müxalifət dairələrində danışırlar, Gürcüstanın rəsmi hakimiyyət orqanları isə bu hadisəni heç bir şəkildə şərh etmirlər. Belə vəziyyətdə işə məhkəmədə obyektiv baxılmasına az köməyi dəyə biləcək, amma əvəzində Bakı ilə Brüsselin bu cür çətinliklə bərpa olunan parlamentlərarası münasibətlərini növbəti dəfə gərginləşdirəcək və ağırlaşdıracaq qətnamə qəbul etməyə dəyərdimi?”

Onun sözlərinə görə, Avropa parlamentariləri Avropa İttifaqı ilə Azərbaycan arasında sazişə dair danışıqlar aparılmasını xatırladırlar: “Bu xatırlatmanı onların özlərinə qaytarmaq olar, çünki Avropa İttifaqının “Şərq tərəfdaşlığı” üzrə Brüsseldən daim maliyyə yardımı və başqa şəkildə kömək istəyən digər tərəfdaşlarından fərqli olaraq Azərbaycan Aİ ilə münasibətləri qarşılıqlı faydalı xarakter daşıyan tərəfdaşdır”.