XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

24 Noyabr 2015 - 15:41

“Buna biganə qalmamağa çağırırıq” – Sabir Rüstəmxanlının partiyasından bəyanat

“Suriyanın rejimə bağlı ordusunun Rusiya bombardmançılarının dəstəyi ilə Türman Dağında apardığı savaş türkmanlara qarşı soyqırımdır”.

Bu barədə Strateq.az-a daxil olan Vətəndaş Həmrəyliyi Partiyasının bəyanatında söz açılıb.

Bəyanada türkman mülki vətəndaşlarının qətliamı qətiyyətlə pislənilir:

“Rusiyanın terrorizmə qarşı mübarizə adı altında Suriyada apardığı əməliyyatların böyük bir hissəsinin terrorizmə aidiyyəti yoxdur. Belə ki, təkcə bu gün verdiyi Rusiya hərbi hava qüvvələri rəsmi olaraq Hələb, Dəməşq, İdlib, Latakiya, Həma, Xüms, Rakka və Deyr-əz-Zor bölgələrində İŞİD-ə qarşı əməliyyat həyata keçirdiyi barədə məlumat yayıb. Hələbin şimal-şərq bölgəsi, Rakka və Deyr-əz-Zor istisna olmaqla, digər bölgələrdə İŞİD terrorçularının olmadığını nəzərə alsaq, demək, Rusiyanın hava hücumlarının heç də İŞİD-ə qarşı yönəlmədiyini görmək mümkündür.

Türkman Dağı bölgəsində də heç bir terrorçu yoxdur. Rusiya sadəcə Bayırbucaq türklərini bölgədən köçürməyi hədəfləyir və bunun üçün qətliamlar törədir. Son günlər mülki əhali ərasında ölənlərin sayının artması, həmçinin azyaşlı uşaqların bombardman nəticəsində qətlə yetirilməsi bir daha sübut edir ki, dinc sakinlərə qarşı soyqırımın məqsədi bölgəni türkmanlardan təmizləməkdir.

Rusiya ənənəvi siyasətinə sadiq qalaraq, hara qədəm qoyursa, orada sivil insanların qətliamını həyata keçirir və qırğınlar törədir. Bu ənənəvi siyasətinin tərkib hissəsində isə türklərə qarşı soyqırım əsas prioritetdir.

Vətəndaş Həmrəyliyi Partiyası Rusiyanın apardığı bu etnik təmizləmə, soyqırım siyasətini qətiyyətlə pisləyir və bütün dünyanı buna biganə qalmamağa çağırır”.