XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

02 Mart 2015 - 12:21

Deputat səfir oldu – Açıqlama

Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov BMT-nin Baş Assambleyasının “ümumdünya QHT-lər Günü” Proqramı tərəfindən xoşməramlı səfir elan olunub.

Strateq.az-a bununla bağlı açıqlama verən Fuad Muradov deyib ki, bu, beynəlxalq QHT sektorundakı uğurlu fəaliyyəti və fəal mövqeyinə görə verilib:

“Artıq dövlətlər, beynəlxalq institutlar QHT- lərin fəaliyyətini tanıyır və onlarla əməkdaşlığa üstünlük verirlər. Bu böyük ideyaların reallaşması üçün əhəmiyyətlidir. ümumi bir məkan yaratmaq, çətinliklərin öhdəsindən gəlmək üçün ideyalar mübadiləsinə ehtiyac vardır. ümid edirəm ki, ümumdunya QHT- lər günü xüsusi bir platformun yaranmasına səbəb olacaq və yeni təbdirlər üçün məhsuldar nəticələr əldə olunacaq.”

Qeyd edək ki, 27 fevral BMT tərəfindən “ümundunya QHT- lər günü” kimi qeyd olunur. Bu təşəbbüsə 4 il bundan əvvəl imza atılıb. İdeyanın məqsədi QHT- ləri bir yerə toplamaq və gələcəkdə imkanları genişləndirməkdir.