XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

17 İyun 2017 - 20:51

Azərbaycanlı deputatlar Süleyman Dəmirəlin anım tədbirində- FOTO

Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfatının ikinci ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub.

Görkəmli siyasi və dövlət xadiminin doğulduğu İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetində keçirilən tədbirdə Azərbaycanı Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və deputat Şəmsəddin Hacıyev təmsil ediblər.

Əvvəlcə Türkiyənin dövlət himi səsləndirilib.

Süleyman Dəmirəlin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhuna dualar oxunub.

Anım mərasimində professorlar Tanju Tosun, Gülsün Ərdoğan Tosun, Lütfi Çakmakçı və başqaları S.Dəmirəlin həyat və fəaliyyətindən, tarixi siyasi missiyasından, böyük quruculuq işlərindən, yüksək insani keyfiyyətlərindən danışıblar.

Əhliman Əmiraslanov Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında S.Dəmirəlin xidmətlərindən, onun ulu öndər Heydər Əliyevlə səmimi dostluq münasibətlərinin xalqlarımız və ölkələrimiz arasındakı inkişafa təsirindən danışıb.

Sonra anım mərasimi S.Dəmirəlin məzarı üstündə və onun adını daşıyan muzeydə davam etdirilib(azərtac).