XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

19 İyun 2017 - 09:30

Trampın taleyini müəyyənləşdirəcək prokurorla bağlı maraqlı faktlar:Vyetnamda xidmət edib, "Dəniz piyadası" komandiri olub, FTB-yə rəhbərlik edib...

BBC.com, 18.06.2017

 

FTB-nin keçmiş direktoru Robert Müller Donald Trampın seçkiqabağı qərargahı üzvlərinin Rusiya xüsusi xidmətləri ilə işbirliyi şübhəsini araşdırmaq üçün özəl prokuror təyin edilib. ABŞ ədliyyə naziri müavini Rod Rozenstayn qeyd edib ki, araşdırma üçün “tabelik şaqulundan müəyyən dərəcədə müstəqillik sərgiləyən adam lazımdır”.

72 yaşlı Robert Müller respublikaçıdır, lakin həm Respublikaçılar, həm də Demokratlar Partiyasının hörmətini qazanıb. 2001-ci ildə Müllerin FTB direktoru postuna namizədliyi Senatda yekdilliklə bəyənilib. O,  2001-ci il 11 sentyabr teraktından bir həftə əvvəl vəzifəyə başlamaqla bu postu 12 il tutub. FTB direktotru postunda bundan çox yalnız Con Edqar Quver işləyib.

Müller Prinston, Nyu-York və Virciniya universitetlərində təhsil alaraq hüquq elmləri doktoru dərəcəsi əldə edib.

İki il Vyetnamda xidmət edib, "dəniz piyadası" bölməsinə komandirlik edib və bir neçə mükafat alıb.

Karyerası ərzində həm özəl, həm də dövlət sektorunda çalışıb. Müller son zamanlar müştəriləri içində Donald Trampın qızı İvanka, onun əri Cared Kuşner və Trampın seçkiqabağı qərargahının keçmiş rəhbəri Pol Manafort olan "WilmerHale" özəl hüquq firmasında işləyib. Firma bildirb ki, Müller bu müştəriləri təmsil etməyib.

Müller "Volkswagen"in emissiya qalmaqalından sonra məhkəməyəqədərki razılaşmanın əldə edilməyində aparıcı rol oynayıb.

"WilmerHale"də məlumat veriblər ki, o, maraqların münaqişəsindən yayınmaq üçün firmanı təcili tərk edəcək.

 

FTB direktoru

 

Müller FTB direktoru postunda işə 2001-ci il sentyabrın 4-də başlayıb. Büro direktoru 1970-ci illərdən bir onillik müddətə təyin olunur, amma prezident öz mülahizəsi ilə onu istənilən anda azad edə bilər.

Qanunvericilərin fikrincə, Amerika siyasi silsiləsini keçən yeganə müddət FTB direktorunun siyasi şəraitdən asılılıq dərəcəsini aşır. Bir il əvvəl ABŞ prezidenti seçilmiş Barak Obama 2010-cu ildə Konqresdən Müllerə qanunda yazılmış 10 ildən çox müddətə öz vəzifəsini tutmağa imkan verən qanun hazırlamağı xahiş edib. Və qanun qəbul edilib.

2013-cü ildə onu bu vəzifədə keçmiş müavini, prezident Donald Trampın bu yaxınlarda işdən çıxardığı Ceyms Komi əvəzləyib.

Müller terrorçuların fəaliyyətinin nəticəsi ilə işi deyil, bu fəaliyyətin qabağının alınmasını FTB-nin əsas vəzifələrindən biri sayırdı. Onun fikrincə, FTB informasiya və kəşfiyyat məlumatları ilə işləyən xidmət olmalıdır.

Onun işlədiyi müddətdə xüsusi xidmətlərin səlahiyyətlərini genişləndirən, vətəndaşlara nəzarət üçün hökumət və polisə geniş səlahiyyətlər verən “Vətənpərvərlik aktı” qəbul olunub. O, sonradan oxşar “Azadlıq aktı” ilə əvəzlənib. Bu, Müllerə konstitusiya normalarını qorumada prinsipiallıq göstərməyə mane olmayıb.

Buş administrasiyası 2004-cü ildə məhkəmə sanksiyası olmadan vətəndaşların telefon danışıqlarını dinləməyə imkan verən məxfi proqramı təzələməyə çalışıb. Müller, Komi və o zamankı ədliyyə naziri Con Eşkoft hesab edib ki, bu, konstitusiyaya ziddir və istefa hədəsi gəliblər. Nəhayət, Ağ Ev geri çəkilib.

Müller öz postunu tərk etdikdən sonra keçmiş ədliyyə naziri Maykl Çertoff müsahibədə onun haqqında “Quverin dövründən bəri FTB-nin işini hamıdan çox dəyişməyə nail olan adam” kimi danışıb. O, əlavə edib: “Bu, sözün yaxşı mənasında”.

 

Yaxşı oğlan

 

Hələ dövlət qulluğuna gəlməzdən öncə Mülllerin hüquq dairələrində qüsursuz nüfuzu var idi. Həmkarları deyirlər ki, o, “iliyinə qədər qanun müdafiəçisidir, bununla yaşayır və nəfəs alır”.

Başqaları onu “köhnə dəbli Amerika dəyərlərinin ardıcılı” adlandırırlar. Əməkdaşları deyirlər ki, işə erkən səhər gəlir – səhər saat 7-də artıq ilk iclası keçirir – ofisi isə gecədən keçmiş tərk edir. Həm də bununla ad çıxarıb ki, öz əməkdaşlarına anonim zənglər edərək hamının  iş yerində olub-olmadığını yoxlayır.

Robert Müller haqda kitab yazmış Harrett Qraff müsahibədə deyir ki, “O, FTB-də həmişə ağ köynək, qara kostyum geyinməyi və qırmızı və yaxud göy qalstuk taxmağı ilə məşhurlaşmışdı və ofisə ağ köynəksiz gələn hər bir əməkdaşı sorğu-suala tuturdu”.

 

Müller nəyi bacaracaq?

 

ABŞ federal prokurorları ədliyyə nazirinə tabedirlər. Lakin nazir Ceff Seşşns martın əvvəlində Tramp qərargahının Rusiya ilə əlaqələrinin araşdırılmasına nisbətdə özünü kənarlaşdırıb və buna nəzarət funksiyasını öz müavini Rod Rozenstayna verib.

Prokurorlar adi durumda naziri istənilən “önəmli” fəaliyyət haqda xəbərdar etməli və tələb olunarsa, səlahiyyətlərinin genişləndirilməyini xahiş etməlidirlər. Lakin qanunvericilik özəl hallarda yüksək dərəcədə müstəqilliyi olan özəl prokurorun təyin edilməyinə yol verir. Özəl hallara ədliyyə nazirliyinin maraqlar münaqişəsində olduğu, həm də bu cür addımın cəmiyyətin mənafeyinə uyğun olduğu başqa vəziyyətlər daxildir.

Amerikanın əksər qanunvericiləri və aparıcı qəzetlərin redaksiya heyətləri özəl prokuror təyin etmək xahişi ilə əvvəllər Rozenstayna müraciət edib.

“New York Times”-ın yazdığına görə, Rozenstarynın öz əmrində isnad etdiyi qanunvericilik norması buna qədər cəmi bir dəfə 1999-cu ildə tətbiq edilib.

Özəl prokuror Müllerin nələri araşdıracağı sərəncamda sadalanıb:

– Rusiya hökumətinin 2016-cı ildə Amerika seçkilərinə qarışmaq cəhdləri;

– Trampın seçkiqabağı qərargahı ilə əlaqəsi olan istənilən şəxsin Rusiya arasında istənilən əlaqəsi və ya koordinasiyası;

– Araşdırma prosesində meydana çıxan istənilən başqa məsələ.

Araşdırma üçün maddi vəsaiti Ədliyyə Nazirliyi ayırır. Özəl prokuror Müller 60 gün müddətində ona gərəkən büdcəni təqdim etməli olacaq. Nazir müavini Rozenstayn bu təklifi nəzərdən keçirib təsdiq edəcək. Prokuror hər hərəkəti haqda nazirlik qabağında hesabat verməyəcək, amma nazir müavini Rozenstaynın zəruri hesab edərək hansısa müəyyən addımları əsaslandırmağı xahiş etmək hüququ olacaq. Ancaq Rozenstayn hər bir bu cür müdaxilə haqda Konqresin ədliyyə işləri üzrə hər iki komitəsuinin sədri və liderlərinə məlumat verməyə və müraciətinin səbəblərin izah etməyə borcludur.

 

Tərcümə Strateq.az-ındır.