XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2017 - 11:45

Yusuf Məmmədəliyev:“Prezident və birinci vitse-prezidentin rəhbərliyi altında uğur qazanan məhz gənclər olacaq”

“Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması etimadın göstəricisidir. Biz də çalışıb, bu ümidi doğruldacağıq".

Bunu bu gün Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev Prezident yanında Gənclər Fondunun təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbirdə söyləyib.

 Y. Məmmədəliyev deyib ki, əsas məqsəd Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir: "Azərbaycan gəncliyinin cavanlığı onun zəif cəhəti yox, üstünlüyüdür. Gənclərimizin intellektual və yaradıcılıq qabiliyyətinin ortaya çıxarılması, həyata keçirilən layihələr bundan sonra da sürətlə davam etdiriləcək. Prezident və birinci vitse-prezidentin rəhbərliyi altında uğur qazanan məhz gənclər olacaq. Layiqli vətəndaş olmaq üçün Vətəninizi sevin, sağlamlığınızı qoruyun. Eyni zamanda səmərəli işdən sonra istirahət edin. Asudə istirahət daha səmərəli işə kömək edir".