XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

20 İyun 2017 - 14:52

KXCP toplantı keçirib –Rusiya, İran və radikal dini cərəyanların fəallaşması müzakirə olunub

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)  İdarə Heyətinin  növbəti yığıncağı keçirilib.

Bu barədə partiyadan Strateq.az-a verilən məlumata görə, yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunub,  müvafiq qərarlar qəbul edilib.  

Yığıncaqda Gürcüstan və Ukraynanın Avropaya inteqrasiyasının dərinləşdirilməsi müsbət qiymətləndirilib. Rusiyada baş verən hadisələr, əsasəndə Putin hakimiyyətinə qarşı rus xalqının kütləvi etiraz aksiyalarına başlaması yaxın gələcəkdə regionun  siyasi həyatında ciddi dəyişikliklərin baş verəcəyinin əlamətləri kimi dəyərləndirilib. Lakin Azərbaycanda hakimiyyətə bağlı Rusiya meyilli bəzi qüvvələrin fəallaşmasıdan narahatlıqlar ifadə olunub.

Toplantıda ölkənin sürükləndiyi xaotik vəziyyətdə vətəndaş cəmiyyətinin pərakəndəliyi də müzakirə edilib. Siyasi partiyaların fəaliyyətlərindəki pərakəndəlik, icimai təşkilatların fəaliyyət birliyinin olmaması,  Rusiya, İran meyilli qüvvələrin və radikal dini cərəyanların fəallaşması müzakirəyə çıxarılıb.

Yığıncaqda həmçinin partiyanın təşkilatlanması ilə bağlı müzakirələr aparılıb, 24 iyun-Türklük gününün qeyd edilməsi ilə bağlı hazırlıq işləri haqqında məlumat dinlənilib.