XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2015 - 16:35

“Üzr istənilməli bir kəs varsa, o da bizik” – İqbal Ağazadədən ilginc reaksiya

ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə rus hərbi təyyarəsinin türklər tərəfindən vurulduqdan sonra Azərbaycanda bəzi ictimai şəxslərin “Türkiyə Rusiyadan üzr istəməlidir” çağırışına sərt reaksiya verib.

Strateq.az xəbər verir ki, partiya sədri hər zaman Türkiyə ilə birgə olmağın vacibliyini önə çəkib:

“Hər zaman səninləyik, doğma Türkiyəmiz. Türkiyə təkcə o coğrafiyada yaşayanların vətəni deyil, harda türk əsilli kimsə varsa, Türkiyəni də özünün vətəni bilir. Eynən Azərbaycan, Qazaxıstan, Türkmənistan, özbəkistan, Qırğızıstan, Doğu Türküstan, Güney Azərbaycan, Kərkük, Tatarıstan, Krım, Qaqauziya kimi… Bəlkə bu birlik bu gün duyulmur, hiss edilmir, amma ürəklərdəki türk sevdası, türkçülük sevdası bitməz, tükənməz… üzr istənilməli bir kəs varsa, o da bizik – Türklər…

Qarabağdakı, Güney Azərbaycandakı, Kərkükdəki, Doğu Türküstandakı yeyilən haqlarımıza və pozulan hüquqlarımıza görə… Yaşa, yaşa ey şanlı Vətən!”