XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

20 İyun 2017 - 16:47

“Zaman axarında”:“Şər imperiyasının” karıxmış dindarları və Brejnevin ruhaniləri

Din uğrunda yalançı savaşlar dünyanın rəngini dəyişib: Kəsik başlar, qana bələnmiş meyitlər və uca Yaradanın adı ilə and içən utanmaz məxluqların həyasız bağırtıları…

İndi cəmiyyət təhlükəli ortamı daşıyır. İman mübahisələrinin doğurduğu şiddət və qorxu… Keçmiş sovet vətəndaşlarının gözləri dörd olub. Onlar bu qədər qan və dəhşətin gözlərinin qabağında, lap yaxınlıqda baş verdiyini anlamırlar. Əvvələr daha sadə idi. SSRİ-də “din” və “inanc” adının üstünə qalın bir yorğan örtüb, üstündə şərab qədəhləri ilə sabahkı günün arzularını bölüşürdülər.

Sovet adamı böyük geopolitik savaşların mühüm detallarını görümrdü. O bilmirdi ki, Əfqanıstanda olan qardaşına nə üçün mücahidlər atəş açır, Amerika onu “şər imperiyasının vətəndaşı” adlandırır. Azərbaycanlı sovet vətəndaşı babalarından xatırlayıb yadda saxladığı imanını mağaza anbarına çevrilmiş məscidin qarşısına çıxmaqla, müqəddəs ocaqlara getməkdə görürdü. Hüzr yerlərində ona o qədər də aydın olmayan dini mətnləri keçmişdə şofer olmuş qoca molladan eşitməklə qazanırdı. Onun üçün sovet ateiziminin sərt rellığında ürəyində saxladığı Allah eşqi və imanı özünü qiymətləndirməyinin və haqlı olmasının əsas göstəricisi idi. O zamanlar “dəmir pərdə”də yaşayan sovet müsəlmanı, xrisiatanı üçün toyda araq içib, sonra müqəddəs kəlmələr işlədib and içmək çox asan idi.

Bu gün müqəddəs mətnlərin arxasında gizlənən İŞİD, “Əl- Qaida”nın və daha neçə “haqq uğrunda döyüşənin” qan donduran qətllərinə baxan əski sovet azərbaycanlısı üçün heç vaxt yaxından bilmədiyi “iman teoremləri”ni həzm etmək və onun uğrunda döyüşdüyünü bəyan edənləri anlamaq çox çətindir. Onun üçün daha sadəsi Brejnevlə birgə şərab qədəhini qaldıran ruhani atalar daha anlaşılandır..

Təqdim etdiyimiz bu şəkillərdəki kimi…

Xaqani SƏFƏROĞLU

Strateq.az