XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

26 Noyabr 2015 - 18:51

Zəlimxan Məmmədli Mədət Quliyevin qəbulunda: “Nazir məni diqqətlə dinlədi və…”
 
“Borçalı” İctimai Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli  Milli Təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyevlə görüşüb.
 
Cəmiyyətin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, bu gün Milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlini qəbul edib. Qəbulda Zəlimxan Məmmədlinin üzləşdiyi problemlər müzakirə olunub:
 
“Görüş Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qoyulan yasaq qərarı və bu qərarın qəbulunda Azərbaycanın əlinin olması haqqında qeyri-dəqiq məlumatlar və milli təhlükəsizliyimizlə bağlı digər məsələlərin aydınlaşdırılması xahişi ilə rəsmi müraciətindən sonra baş tutmuşdur. Qaldırılan problemlərlə bağlı Nazir operativ olaraq müvafiq strukturlara tapşırıqlar verib”. 

 
Məlumatda Zəlimxan Məmmədlinin Gürcüstana girişinin yasaqlanması da müzakirə edilib:
 
“Nazir məni çox səmimi qəbul edərək dinlədi. Qaldırılan məsələlərə anlayışla yanaşdı. MTN-nin əvvəlki rəhbərliyində təmsil olan insanların məsuliyyətsizliyi ucbatından yaranmış problemlərin, o cümlədən mənim haqqımda Gürcüstana giriş yasağı qərarının araşdırılması və hüququmun təmin olunası istiqamətində səlahiyyətləri çərçivəsində araşdırma aparıb, müvafiq addımlar atılacağını bildirdi. Cənab Nazir əvəzinin bu operativliyi və səmimiliyi deməyə əsas verdi ki, Milli Təhlükəsizlik orqanlarının son dövrlər zədələnmiş nüfuzu ən yaxın zamanda tam bərpa oluna bilər”.