XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

24 İyun 2017 - 13:35

“ABŞ Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdırmaqla Qarabağ münaqişəsinin həllinə kömək edə bilər”- "The Daily Caller"

ABŞ Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmalıdır.

Trend-in məlumatına görə, bunu beynəlxalq məsələlər və keçmiş SSRİ ölkələri üzrə ekspert Castin Amler “The Daily Caller” nəşrindəki məqaləsində yazıb.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun fəaliyyətini gücləndirməklə ABŞ Rusiyanı münaqişəyə daha müsbət yanaşmaya cəlb edə bilər:

“Eyni zamanda, ABŞ Ermənistana da Rusiyadan asılılığını azaltmaqda və Rusiyanın təsir dairəsindən kənarda qonşularla daha yaxşı münasibətlər qurmaqda kömək edə bilər. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli regiondakı bütün münaqişələrin dinc qonşuluqla həll olunması üçün əsas yarada bilər”.