XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

26 İyun 2017 - 18:24

Erməni parlamentinin sədri Rusiya Dumasının spikeri ilə görüşdü:“Qarabağ münaqişəsinin dinc yolla həllinin alternativi yoxdur”

Ermənistan parlamentinin spikeri Ara Babloyan Avrasiya İttifaqına daxil olan dövlətlərin parlament rəhbərlərinin növbəti görüşünün Yerevanda keçirilməsini təklif edib.

Strateq.az bildirir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Cənubi Koreyada səfərdə olan Ara Babloyan Seulda Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə bu günkü görüşü zamanı bu təkliflə çıxış edib.

A.Babloyan bildirib ki, Avrasiya İttifaqı çərçivəsində erməni-rus münasibətləri yeni fazya daxil olub. O, Rusiyanın Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu konstruktiv mövqeyi qeyd edib. Spiker deyib ki, Ermənistan münaqişənin həlli ilə bağlı qarşılıqlı etimadın yaradılması  üçün tədbirləri vacib sayır: “Tənzimlənmənin dinc yolla həllinin alternativi yoxdur”– deyə Babloyan vurğulayıb.

Volodin iki ölkə arasında əməkdaşlığın yüksək səviyydə olduğunu bildirib. Dumanın sədri qeyd edib ki, hər iki ölkə parlamentinin deputat –dostluq qrupların fəaliyyəti münasibətlərin möhkəmlənməsində vacib rol oynayır.