XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

28 Noyabr 2015 - 07:06

Mais Güləliyev: “Mövlud Çavuşoğlu Bakıya Azərbaycan prezidentindən Rusiya təmənnası üçün gəlib”

“Türkiyə rus təyyarəsini NATO-nun diktəsi ilə vurdu və Rusiyanın t
imsalında böyük bir bazarı itirdi”

 

“Türkiyə rus təyyarəsini heç vaxt özbaşına vura bilməzdi və buna görə NATO-nun diktəsi ilə hərəkət edib. Mərqsəd isə Yaxın Şərqdə kimin güc sahibu olduğunu nümayiş etdirməkdir”.

Bu fikirləri Strateq.az-a bildirən Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyevin sözlərinə görə, müəyyən ziqzaqlara baxmayaraq, Türkiyə son altmış ildə Yaxın Şərqdə həmişə ABŞ-la NATO-nun siyasətini həyata keçirib: “Vurulan təyyarəyə görə ABŞ və NATO-dan Türkiyəyə birmənalı dəstək də məhz bununla bağlıdır”.

Siyasətçinin düşüncəsinə görə, hadisələrin indiki gedişatı Türkiyə üçün olduqca ciddi iqtisadi fəsadlar törədə biləcək potensialdadır: “Türkiyə yüksək iqtisadi texnologiyaya sahib olan ölkə deyil və buna görə də öz mallarını Avropa bazarlarna çıxarmaqdan məhrumdur. Rusiya onun üçün bir növ “qara deşik” rolunu oynayırdı. Yəni Türkiyənin istənilən malı Rusiya tərəfdən asanlıqla udulurdu. İki ölkə arasında ticarət dövriyyəsi 30 milyard dolları keçmişdi və hədəf yüz milyard dollar idi. Təbii ki, Türkiyənin Rusiya ilə bu cür yaxınlığı Qərbdə müəyyən dairələri də narahat edirdi və bu çevrələr Türkiyə ilə Rusiyanın arasını vurmaq üçün fürsət gəzirdi. Məqsədə nail olundu və gələcəkdə Türkiyəni ciddi iqtisadi sıxıntılar gözləyir”.

Mais Güləliyevin fikrincə, Türkiyə təyyarə məsələsində müəyyən səhvlərə yol verdiyini artıq başa düşür və xarici işlər naziri Mövlud çavuşoğlu məhz buna görə Azərbaycana gəlib: “Azərbaycan prezidenti İlham Əliyevin Vladimir Putinlə siyasi və şəxsi müstəvidə xüsusi münasibəti var. Türkiyədə bunu yaxşı bilirlər və çavuşoğlu Rusiyaya münasibətdə buraxılmış səhvi aradan qaldırmaq təmənnası ilə prezident İlham Əlİyevdən xahiş etməyə gəlib. Fikrimcə, Azərbaycan prezidenti bu yöndə çox iş görə bilər”.