XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 İyun 2017 - 12:23

Ayaz Mütəllibov:"Azərbaycanın dövlət kimi yaradılmasında Rusiyanın rolu ola bilməz”

Azərbaycanın dövlət kimi yaradılmasında Rusiyanın rolu ola bilməz. Çünki Rusiyanın özü belə müstəqil dövlət kimi 1990-cı ildə formalaşıb. Rusiya da Azərbaycan kimi SSRİ-nin üzvü olan dövlətlərdən biri olub. Azərbaycan dövlətinin yaradılması xalqın hesabına mümkün olub.

Strateq.az bildirir ki, bu sözləri Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov ölkə.az saytına müsahibəsində deyib.

A.Mütəllibov son zamanlar aktual mövzu olaraq müzakirə olunan rus dilli təhsillə bağlı məsələyə münasibətini açıqlayıb. Eks-prezidentin sözlərinə görə, Azərbaycan üçün rus dilinin əhəmiyyətinin böyüklüyünü açıq etiraf etmək lazımdır:  “Hələ ötən əsrin əvvəlindən bəri Azərbaycanla bağlı gedən inqilabi prosesləri yada salsaq, deyə bilərik ki, bütövlükdə Azərbaycan tarixən öz müstəqilliyini qazanmağa can atıb. O dövrdə rus dili olmasaydı, bizim xaricə çıxmaq imkanımız məhdud olardı. Bu indinin özündə də belədir. Çünki bir çox elmlərə rus dili vasitəsilə yiyələnmək mümkün olub”.

Eks-prezidentin fikrincə, Rusiya bizim nəhəng qonşumuzdur. Bu gün bir çox böyük dövlətlər, ABŞ və Avropa ölkələri Rusiya ilə hesablaşmağa məcburdur: “Rusiya həm də böyük ticarət məkanıdır. Ona görə də rus dilini bilmək vacibdir. İngilis, fransız və digər xarici dilləri də bilmək lazımdır. Ancaq rus dilini öyrənməmək üçün hər hansı bəhanə ortaya çıxarmaq doğru deyil.

O, qeyd edib ki, bəzi adamların rus dilini öyrənməyi təklif etməsini  ana dilinə qarşı çıxmaq kimi başa düşürlər: Bu əsla belə deyil. Məgər keçmiş Sovet İttifaqı dövründə ana dilində danışmağa qadağa var idi? Azərbaycanda hələ Sovet İttifaqı dövründə də Azərbaycan dili işlənirdi. Sadəcə olaraq SSRİ dövründə bir çox valideynlər öz övladlarını rus dilli məktəblərə göndərirdi. Bunun nəticəsində də rus dilli təbəqə formalaşdı. Ancaq həmin dövrdə Azərbaycan dilində də məktəblər var idi. Özü də rus dilli məktəblərdən də yaxşı təhsil verirdi.

A.Mütəllibov deyib ki, sadəcə olaraq valideynlər özləri övladlarını hansı məktəbə göndərməkdə sərbəst idilər: “Bu gün də Azərbaycanın öz gözəl dili var. Biz dünyaya daha çox Azərbaycan dili ilə çıxmalıyıq. Ancaq kimsə hansısa xarici ölkənin tarixini dərindən bilmək istəyirsə, həmin dili öyrənə bilər.