XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

29 İyun 2017 - 16:09

Azərbaycanın AŞPA-dakı sabiq səfiri barədə olan cinayət işinin istintaqı dayandırılıb –Səbəb

Keçmiş diplomat Arif Məmmədov və Müsavat Partiyasının saxta üzvlük vəsiqəsi ilə mühacirətə gedən şəxs Elnur Mirzəyev barəsində olan cinayət işi üzrə istintaq dayandırılıb.

 APA-nın xəbərinə görə, buna səbəb onların axtarışda olmalarıdır.

 Həmin şəxslər saxlanılaraq istintaq orqanına təhvil verildikdən sonra cinayət işi üzrə istintaq davam etdiriləcək.

 Qeyd edək ki, bir müddət əvvəl hər iki şəxs axtarışa verilib. 1964-cü il təvəllüdlü Məmmədov Arif Zahid oğlu barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə – külli miqdarda törədildikdə) maddəsi ilə axtarış elan edildiyi qeyd olunub.

 Hazırda Avropada mühacir həyatı yaşayan, 1977-ci il təvəllüdlü Elnur Aydın oğlu Mirzəyev isə Azərbaycan Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma – eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilir.

O, ölkədə olmadığı üçün barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.

Qeyd edək ki, E. Mirzəyevin adı bir neçə il əvvəl Azərbaycanda gündəmə gələn “Mühacir işi”ndə hallanıb.

Mətbuatın yazdığına görə, E. Mirzəyev Müsavat Partiyasından aldığı sənədlə mühacirətə gedib.

Partiya isə E. Mirzəyevin sənədinin saxta olduğunu açıqlayıb.