XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

30 İyun 2017 - 14:37

Millət vəkilindən maraqlı təklif:“Deputatlara yaltaqlıq qadağan olunmalıdır”

 

“Azərbaycanda deputatlara yaltaqlıq qadağan olunmalıdır”.

 Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev çıxış edib.

 Özbəkistanda bu addımın atıldığını xatırladan deputat Azərbaycanda da bu qadağanın tətbiq olunması təklifini irəli sürüb. O, təkcə deputatlara deyil, məmurlara da belə qadağa tətbiq olunmasını istəyib.

 Spiker Oqtay Əsədovun Q. Həsənquliyeva cavabı belə olub: “Səni anlayıram, bilirəm ki, ürəyin doludur. Amma yaltaqlığın bir dərəcəsini göstər, biz də məsələyə baxaq”. (APA)