XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

29 Noyabr 2015 - 21:11

Avropa İttifaqından Türkiyəyə – 3 milyard avro

Avropa İttifaqından Türkiyəyə 3 milyard avro

Brüsseldə bir araya gələn Türkiyə və Avropa birliyinin rəsmilərinin qatıldığı zirvə toplantısı başa çatıb.

Musavat.com xəbər verir ki, görüşdə Türkiyənin baş naziri Əhməd Davudoğlu Avropa ittifaqı Şurasının prezidenti Donald Tusk və İttifaqın Komissiya sədri Can Kloud Junker bir araya gəlib.
 
Görüş bitdikdən sonra rəsmilər mətbuat konfransı keçirib.İlk olaraq sözə başlayan D.Tusk “Avropa İttifaqı və Türkiyə qaçqın böhranını həll etmək üçün 3 milyard avroluq planda birgə razılıq əldə edib” sözlərini qeyd edib.
 
Rəsmilər Avropaya sərbəst viza məsələsində isə layihə qəbul olunsa da, ən tez 2016-cı ilin oktyabr ayında həyata keçirilə biləcəyini vurğulayıblar.