BMT baş katibindən Ərdoğana və Putinə çağırış

BMT baş katibi Pan Gi Mun Türkiyə-Rusiya münasibətlərinin hazırkı durumu ilə bağlı böyük narahatlıq keçirir və tərəfləri aradakı gərginliyi azaltmağa çağırıb.
Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, BMT tədbirinin açılışına gəldiyi Parisdə bəyan edib.
BMT baş katibi o sırada İŞİD terror qruplaşması ilə mübarizə üçün gərginliyi səngitməyə səsləyib.
“Koalisiya tərəfdaşları arasında ziddiyyətlər və gərginlik yaşanırsa, bu, terrorizmlə mübarizədə dünyanın səylərini səfərbər etməyə pozitiv təsir göstərməyəcək” – deyə Pan Gi Mun qeyd edib .
BMT-nin Paris konfransında Türkiyə və Rusiya prezidentləri də iştirak edəcək.