XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2017 - 11:07

Həmsədrlər bu gün Vyanaya gedir:Minsk qrupunun üzvlərinə Qarabağ danışıqları barədə məlumat verəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Vyanaya səfər edəcəklər.

 Bu bərədə həmsədrlərin regiona səfərləri ilə bağlı iyunun 19-da yaydıqları bəyanatda göstərilib.

 Onlar Minsk qrupu üzvlərini münaqişənin həlli istiqamətində atılan addımlar barədə məlumatlandıracaqlar.

 Qeyd edək ki, iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. (APA)