XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2017 - 13:48

Masallı məhkəməsi ilahiyyatçı Sərdar Babayevi 3 il azadlıqdan məhrum edib

İyulun 3-də Masallı rayon Məhkəməsi ilahiyyatçı Sərdar Babayevin 3 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Bu barədə vəkil Cavad Cavadov facebook səhifəsində bildirib. Dövlət ittihamçısı ilahiyyatçıya 4 il həbs istəmişdi. Məhkəmə prosesinə hakim Anar Alməmmədov sədrlik edib.

Sərdar Babayev bu il fevralın 22-də həbs edilib. Ona Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib.

Yerli rəsmilər bildiriblər ki, S.Babayev xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları onun dini mərasim idarə etməsinə icazə vermir. S.Babayevə dəfələrlə Masallı rayonundakı məscidə gedib xütbə oxumaması haqqında xəbərdarlıq edilib. Ancaq o, bu xəbərdarlığı eşitməyib.

Müdafiə tərəfi bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. (Turan)