XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

03 İyul 2017 - 14:22

Polad Bülbüloğlu:“Böhran meneceri kimi qiymətli təcrübə qazanmışam”

"Azərbaycanın və onun nümayəndəsi kimi özümün bu gün qlobal səviyyədə qarşılaşdığımız və YUNESKO-nun səlahiyyətləri sahəsi ilə bağlı ən kəskin problemlərə fəal töhfə vermək bacarığını yüksək qiymətləndirirəm".

"Report" xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru olmaq şanslarını dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın Mədəniyyət Nazirliyinin rəhbəri olduğu dövrdə, eləcə də TÜRKSOY-da fəaliyyət əsnasında böhran meneceri kimi, həmçinin münaqişə vəziyyətlərində humanitar təşəbbüslərin təşəbbüskarı və onları yerinə yetirən şəxs kimi, o, qiymətli təcrübə qazanıb. P.Bülbüloğlunun fikrincə, belə təcrübə və bacarıqlarının olması onun özünü YUNESKO üçün yararlı namizəd hesab etməsinə imkan verir.

"Şans isə bütün layiqli namizədlərdə var. Odur ki, seçkiləri gözləyək", – P.Bülbüloğlu bildirib.