XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2017 - 13:34

Erməni ordusunun 2 yaşlı uşaqla nənəsinin öldürməsi ATƏT PA-nın sessiyasında qaldırıldı –Azay Quliyev tərəfindən

ATƏT PA-nın sədr müavini Azay Guliyev hazırda qurumun Minskdəki 26-cı illik Sessiyasında çıxış edərək 4 iyul 2017-ci ildə Ermənistan ordusunun atəşi nəticəsində Azərbaycanın mülki vətəndaşları iki yaşlı Zəhra Quliyeva və Sahibə Quliyevanın qətlə yetirilməsi hadisəsini sərt şəkildə pisləyib.

Bu barədə Mia.az-a QHT-lərə Dövlət Dəstəyi Fondunun mətbuat xidmətinin rəhbəri Elməddin Behbud məlumat verib.

Qeyd edək ki, bu dəqiqələrdə sessiya davam edir.  

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.