XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2017 - 14:06

Hikmət Hacıyev:"Ermənistanın siyasi hakimiyyətinin məqsədi münaqişənin həllinə maneə yaratmaqdır"

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində iki nəfərin, o cümlədən azyaşlının həlak olması və bir nəfərin yaralanması ilə əlaqədar Xarici İşlər Nazirliyi xarici ölkələrdəki nümayəndəliklərimizə tapşırıq verib ki, Azərbaycanın narahatlığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsın.

Azərtac xəbər verir ki, bunu iyulun 5-də keçirilən mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bu hadisə status-kvonun dəyişdirilməsinin vacibliyini bir daha sübut etdi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən dərhal sonra bu cür hadisənin baş verməsi göstərir ki, Ermənistanın siyasi hakimiyyətinin məqsədi münaqişənin həllinə maneə yaratmaq və gərginliyi artırmaqdır. Bununla əlaqədar Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun rusiyalı və fransalı həmsədrləri ilə telefon danışığı olub və ölkəmizin narahatlığı onların diqqətinə çatdırılıb.