XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2017 - 18:16

Vüsalə Hüseynli:“ATƏT-in Minsk Qrupu hələ də ağzına su alıb susur”

"İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan dinc əhaliyə qarşı edilən hucumu ictimai birlik olaraq  pisləyirik". 

Bu barədə Strateq.az-a  açıqlamasında  Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynlı bildirib.

QHT sədri onu da vurğulayıb ki, 2 yaşlı körpəyə tuşlanmış güllə Ermənistan hakimiyyətinin təcavüzkar siyasətini bir daha  təsdiqləsə də, hadisənin baş verməsindən neçə saat ötməsinə baxmayaraq, ATƏT-in Minsk Qrupu ölkələri hələ də ağzına su alıb susur:

“Bunlara sual vermək lazimdir ki, cənablar, siz nəyi və kimi gözləyirsiniz? Neçə ildir ki, gözləyirsiniz, bəs deyilmi? Dağlıq Qarabağ münaqişəsi nəticəsində bu günə kimi  Minsk Qrupuna üzv ölkələrin təyin etdikləri nümayəndələr  bu münaqişədən karyera tramplini  kimi istifadə edərək müxtəlif vəzifələrdə yer alıblar.  Arada isə günahsız insanlar həyatla vidalaşmalı olur. Mən burdan Vətəndaş Cəmiyyətinin nümayəndələrinə səslənərək, ATƏT-in Azərbaycandakı daimi nümayəndəliyi qarşısında yürüş keçirməyi təklif edirəm. Gəlin, Zəhra kimi övladlarımızın günahsız ölümlərinin səbəbini bunlardan birlikdə tələb edək”.