XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

06 İyul 2017 - 19:04

“Baş verə biləcək fəlakətlərin qarşısını almaq üçün gücümüzü birləşdirməliyik” –Vitse-spiker

"ATƏT-in təsir imkanlarını artırmaq üçün onun mexanizm və resurslarından istifadəni daha da gücləndirməliyik".

Bu fikri Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova iyulun 6-da Minskdə ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə daimi komitəsinin iclasında çıxışı zamanı deyib.

B.Muradova bildirib ki, ATƏT regionunda problemlər və münaqişələr artmaqdadır və bu təşkilata üzv olan ölkələr üçün ciddi siqnaldır.

Sədr müavini qeyd edib ki, insan haqlarının pozulmasının təməlində münaqişələr durur. Demokratiya və insanların hüquqlarının müdafiəsi təhlükəsizliyin əsas qarantı hesab edilir.

"Münaqişə və müharibələr, terror aktları insanların ölümünə, onların həyatının dözülməz olmasına gətirib çıxarır. Baş verə biləcək humanitar fəlakətlərin qarşısını almaq üçün gücümüzü və səylərimizi birləşdirməliyik”,- deyə Bahar Muradova vurğulayıb.