XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

06 İyul 2017 - 21:49

Türkiyənin Azərbaycandakı sabiq səfiri:“Zəhranı öldürənlər insan deyil...”

Türkiyənin Azərbaycandakı sabiq səfiri və hazırda Moldovadakı səfiri Hulusi Kılıç cəbhədəki son vəziyyət və iyulun 4-də Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaralanması məsələsinə münasibət bildirib.

 H.Kılıç “Ölkə.Az”-a müsahibəsində deyib ki, Azərbaycanın kədəri bizim kədərimiz, sevinci isə sevincimizdir: 

“Mən ermənilərin qətlə yetirdiyi həmin ailəyə və Azərbaycan xalqına başsağlığı verirəm. Bu cinayəti şiddətlə qınayıram. Bu əməli törədənlər insan ola bilməzlər. Günahsız yaşlı qadını və 2 yaşlı körpəni qətlə yetirənləri insan hesab etmirəm. Bu hadisə bizi 25 il əvvəl törədilmiş Xocalı qətliamına aparır”.

Səfir ermənilərin törətdiyi son hadisələrlə bağlı beynəlxalq ictimaiyyətə də çağırış edib: 

“Türkiyəni 1915-ci ilin qondarma soyqırımı iddiası ilə günahlandıran qüvvələr yaxşı olar ki, gedib bu hadisəyə qiymət versinlər. Qərb təşkilatları gedib tarixin küllənmiş səhifələrində eşələnmək əvəzinə Xocalı faciəsini və 2 yaşlı körpəni qətlə yetirən ermənilərə qiymət versinlər, Azərbaycanın işğal altında olan ərazilərində ermənilər tərəfindən yerləşdirilən ağır silahlara baxsınlar.

Dünya birliyi nə üçün iki yaşlı Zəhranın ermənilər tərəfindən vəhşicəsinə öldürülməsinə susur? Avropada haradasa bir ağac kəsiləndə, it öləndə, dərhal səs-küy salırlar, məsələni gündəmin ən aktual probleminə çevirirlər və s. Ancaq dünyanın gözü qarşısında erməni silahlıları tərəfindən 2 yaşlı Zəhra və yaşlı nənəsi öldürülür, lakin dünya bunu görməməzlikdən gəlir. Budurmu Avropanın, dünyanın ədaləti?”

Xatırladaq ki, Hulusi Kılıç 2012-ci ildə Azərbayca Prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə mükafatlandırılıb.