XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2017 - 11:06

ABŞ Dövlət Departamentindən Zəhranın qətlinə reaksiya:“Hərbi əməliyyatları dayandırmağa çağırırıq”

 

“ABŞ əvvəlki kimi, iyulun 4-də Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, o cümlədən iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlıq hissi keçirir”.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi Hizer Nauer iyulun 6-da keçirilən ənənəvi brifinqdə bildirib.

"Bu hadisə təmas xətti yaxınlığında baş verib. Biz qurbanların ailələrinə dərin hüznlə səmimi başsağlığımızı bildirmək istərdik", -deyə o qeyd edib.

Mətbuat nümayəndəsi deyib: “ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə yanaşı hərbi əməliyyatları dayandırmağa və tərəfləri danışıqlar prosesini bərpa etməyə çağırır. Bizim bu region üzrə siyasətimiz açıq-aydındır, – münaqişə gücdən istifadə etməmə, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinə sadiq beynəlxalq hüquqa əsaslanan danışıqlar yolu ilə həll oluna bilər”.