XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2017 - 12:43

Azərbaycanlı milyonçu Zəhradan yazdı:“Bu terror və faşizmdir”

“Balaca Zəhra və anasının qatilləri cəzasız qalmamalıdır”.

Bunu azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov bildirib. O qeyd edib ki, 2 yaşlı Zəhra və anası Ermənistan ordusu tərəfindən vəhşicəsinə qətlə yetirilib: "Bu terror və faşizmdir. Dinc əhalinin hədəfə alınması əsla və əsla qəbuledilməzdir. Bunu bütün dünya görməli və bu hadisəyə susmamalıdır".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.