XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 15:38

AŞPA-nın Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri birgə bəyanat yaydı –“Danışıqlar masasına qayıdın!”

Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Füzuli rayonunun Alxanlı kəndində baş vermiş hadisədən narahatlıqlarını ifadə ediblər və 2 yaşlı uşaq da daxil olmaqla, dinc sakinlərin həyatını itirməsindən təəssüfləndiklərini bildiriblər.

 APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan üzrə həmməruzəçilər Alan Meale və Cuzeppe Galati  və Azərbaycan üzrə həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın birgə bəyanatında deyilir. Onlar tərəfləri atəşkəs rejiminə əməl etməyə və ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar masasına qayıtmağa çağırıblar.

 Həmməruzəçilər münaqişənin hərbi yolla həllinin olmadığını qeyd ediblər. Onlar münaqişənin bütün qurbanlarının ailələrinə başsağlığı veriblər.