“TRT World Research Centre” ilə “Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi” (QAFSAM) tərəfindən birgə dəyirmi masa təşkil olunacaq.
Dəyirmi masada 15 iyul FETÖ-cü hərbi çevriliş təşəbbüsünün mahiyyəti və FETÖ ilə mübarizə müzakirə ediləcək. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin üzvləri Ayşe Kesir, Necdet Ünüvar, TRT World, Xəbərlər redaksiyasıın direktoru Fatih Er çıxış edəcək.
Bununla bağlı “TRT World Research Centre”dən Strateq.az saytına daxil olan bəyanatda məlumat verilib.
“15 iyul 2016-cı il tarixində Türk Silahlı Qüvvələrinin içinə sızmış olan “Fetullahçı Terror Təşkilatı” (FETÖ) üzvü bir qrup əsgər və onlarla əməkdaşlıq edən bəzi mülki şəxslər tərəfindən həyata keçirilməyə çalışılan hərbi çevriliş təşəbbüsü Türk millətinin böyük müqaviməti nəticəsində darmadağın edildi. Demokratik seçkilərlə hakimiyyətə gəlmiş olan hökuməti və prezidenti yıxmağa çalışan çevrilişçilərin demokratiyanı müdafiə edən vətəndaşlara F-16 təyyarələriylə, tanklarla və ağır silahlarla atəş açması nəticəsində 249 nəfər şəhid, 2193 nəfər isə yaralanaraq qazi oldu. 15 iyul hərbi çevriliş cəhdi sadəcə Türkiyənin yaxın tarixi baxımından deyil, eyni zamanda dünya demokratiya tarixi baxımından da bir dönüş nöqtəsidir” –deyə sənəddə qeyd olunur.
Strateq.az