XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 17:36

Taleh Bağırov və AXCP sədrinin müavininin apellyasiya şikayətinə baxılır  –Məhkəmə iclası başlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 APA-nın xəbərinə görə, hakim Əmir Bayramovun sədrlik etdiyi ilkin baxış iclasında vəkillər prosesin qismən istintaqla aparılması barədə və digər bir neçə vəsatət veriblər. Məhkəmə vəsatətləri təmin etməyib.

 Növbəti proses iyulun 13-də keçiriləcək.

 Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.

Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər.

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları çəkilən şəxslər həbs edilib.

Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub.