XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 18:23

ATƏT PA Azərbaycan və Ermənistanı dərhal substantiv danışıqlara başlamağa çağırdı

ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin Minskdə keçirilən bugünkü iclasında “ATƏT regionunda sülh və rifah naminə qarşılıqlı inam və əməkdaşlığın genişləndirilməsinə dair” qətnamə layihəsi müzakirə edilib.

Trend-in məlumatına görə, müzakirələr zamanı ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qətnamənin 24-cü bəndinə aşağıdakı şəkildə dəyişiklik edilməsini təklif edib: “PA Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş olmamasından dərin təəssüf hissi ilə çıxış edərək, münaqişənin ən tez davamlı həll yolunun tapılması üçün tərəfləri dərhal substantiv danışıqlara başlamağa və bu məqsədlə ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini ikiqat artırmağa çağırır”.

Ermənistan nümayəndə heyətinin etirazlarına baxmayaraq, A.Quliyevin təklifi Assambleya tərəfindən səs çoxluğu ilə qəbul edilib.

A.Quliyev yuxarıda qeyd edilən əlavə ilə bağlı çıxışında qeyd edib ki, bu il ATƏT-in Minsk qrupunun yaradılmasının 25 illiyidir, lakin təəssüflə qeyd etmək lazımdır ki, bu təsisat heç bir real nəticəyə nail ola bilməyib. Düzəlişin məqsədi ATƏT PA tərəfindən münaqişənin tərəflərinə siyası siqnalın göndərilməsidir.

ATƏT PA-nın illik sessiyası iyulun 9-dək işini davam etdirəcək.